Azedu.az

Ümumitəhsil müəssisələrində BU QƏDƏR şagird təhsil alır

Məktəblər

Elm və Təhsil Nazirliyi

1 İyun 2022, 10:31
Ümumitəhsil müəssisələrində BU QƏDƏR şagird təhsil alır

2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil müəssisələrində ümumilikdə 1 milyon 589 min 829 şagird təhsil alır.

Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib.

Ümumtəhsil məktəblərinin I sinfində 158 min 608, IX sinfində 132 min 881, XI sinfində isə 91 min 538 şagird oxuyur. Hazırda respublikada 309 ibtidai məktəb, 3 min 333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4 min 435 məktəb fəaliyyət göstərir.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox