Azedu.az

DİM-də kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

1 İyun 2022, 09:15
DİM-də kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun növbəti iclası keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclasda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları” dərsliklərlə müqayisəli təhlil edilib. Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər və dərsliklərdəki dəyişikliklər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.

 

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

SENSASİYA- İsrail İranla müharibəni uduzdu
Son xəbərlərDaha çox