Azedu.az

Şagirdlərin elektron yerdəyişməsi prosesi başa çatır

Məktəblər

Elm və Təhsil Nazirliyi

31 May 2022, 10:33
Şagirdlərin elektron yerdəyişməsi prosesi başa çatır

Mayın 31-i saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Xatırladaq ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox