Azedu.az

Şagirdlərin elektron yerdəyişməsi prosesi sabah dayandırılır  

Məktəblər

Elm və Təhsil Nazirliyi

30 May 2022, 12:35
Şagirdlərin elektron yerdəyişməsi prosesi sabah dayandırılır  

Mayın 31-i saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq.

Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

 

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox