Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlayıb.
4 gün davam edəcək festivalda iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.
Finalda yarışacaq komandalardan biri də “Sumbuilders&81”dir. Məktəblilərdən ibarət komanda festival çərçivəsində olan Baku Skills kateqoryasında A və B mərhələsində 141 iştirakçı arasında ikinciliklə finala keçib. “Sumbuilders&81” finalda orqanik gübrə hazırlayan robot layihəsilə çıxış edəcək.
Komanda üzvləri AzEdu.az-la layihənin məqsədi və hazırlıq müddəti haqqında məlumatları bölüşüblər.
Müsahibəni təqdim edirik:
Müxbir: Ayşən Mustafa
Operator: Əfqan Pənahoğlu
Montaj: Yusif Eyvazlı