11 illikdən kolleclərə qəbul üzrə isə boş qalan yerlərə ixtisas seçimi sentyabr ayının 1-dən başlayacaq.
AzEdu.az xəbər verir ki, seçim 5 sentyabr 23:59-dək davam edəcək.
Boş qalan yerlərin sayı isə 147 -dir. Onlardan 124 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir. Xüsusi qabiliyyət imtahanı tələb etməyən 23 vakant yerin 2-si gözdən əlillər üçün idman və müalicə masajı, 21-i isə Bakı İdarəetmə və Texnologiya Kollecinə aid ixtisaslar üzrədir. Bu ixtisaslarda ödənişli əsaslarla qiyabi təhsildir.
11 illikdən kolleclərin boş qalan yerlərinə qəbul olanların təhsil müəssisələrində qeydiyyatı isə 7-12 sentyabr aralığında aparılacaq.