Azedu.az

Sabah Təhsil İnstitutu informatika fənni üzrə vebinar keçirəcək

Elm və Təhsil Nazirliyi

23 May 2022, 12:41
Sabah Təhsil İnstitutu informatika fənni üzrə vebinar keçirəcək

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izahı ilə bağlı vebinarları davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, mayın 24-də keçiriləcək növbəti vebinar informatika fənni üzrə “Python proqramlaşdırma dilində proqramın yazılması və yazılmış proqramın təhlili” haqqında olacaq.

 

Vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantı, 20 nömrəli məktəb-liseyin informatika müəllimi Aysel Fətəliyeva çıxış edəcək.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox