Azedu.az

Kütləvi dava BDU tələbələri arasında baş verməyib-Universitetdən AÇIQLAMA

23 May 2022, 11:58
Kütləvi dava BDU tələbələri arasında baş verməyib-Universitetdən AÇIQLAMA

 

 

Bakıda gənclər arasında kütləvi dava olub.

 

Hadisə mayın 22-də gecə saat 03:00 radələrində Xaqani küçəsində yerləşən gecə klubunun qarşısında baş verib.

 

3-cü kurs tələbəsi olan Türkiyə vətəndaşları 1997-ci il təvəllüdlü Nevzet Ömer Demir, 1998-ci il təvəllüdlü Harun Yusuf Çiftçi, 1997-ci il təvəllüdlü Daner Sadiq Yılmaz və 1996-cı il təvəllüdlü Gültaş Yahya Sefer sərxoş halda dalaşıblar.

 

Onlar dava-dalaş zamanı xuliqanlıq zəminində bir-birini döyərək xəsarətlər yetiriblər.

 

Həmin şəxslərin Bakı Dövlət Universitetində təhsil aldığı iddia olunub.

 

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən  AzEdu.az-a verilən məlumata görə  tələbələr arasında kütləvi dava ilə bağlı xəbərin BDU ilə əlaqəsi yoxdur.

 

“Həmin şəxslər BDU-nun tələbələri deyil. Məsələnin nəzərə alınmasını xahiş edirik”.

 

Faktla bağlı araşdırma aparılır.

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox