İTV-nin "Sabaha saxlamayaq" verilişində məktəb dərsliklərində mövcud olan problemlərlə bağlı müzakirədə qalmaqal yaşanıb.
AzEdu.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin uşaq ədədbiyyatı şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə dərsliklərdəki şeirləri, mətnləri çap olunan imzaların saxta olduğunu iddia edib.
O, “Azərbaycan dili” dərsliyində çap olunan “Cavanlığım”, “Dövşan” kimi bir neçə şeirləri nümunə gətirərək, bunların poeziyaya və dərsliklərə uyğun olmadıqlarını bildirib.
Şöbə müdirinin sərt tənqidlərinə "Azərbaycan dili" dərsliyinin müəllifi Rafiq İsmayılov sözügedən şeirlərdən birini öz feysbuk hesabında paylaşaraq belə cavab verib:
“İTV-nin "Sabaha saxlamayaq" verilişindən sonra bir şeyə əmin oldum ki, insanlarda dinləmə, danışma, oxu bacarıqlarını formalaşdırmaq vacib məsələdir. Təəssüf ki, opponentimdə bunların heç birini görmədim. Ona görə də müzakirə alınmadı.
Bir sözlə, hərə öz işini görür:
- Dərslik müəllifi 1-ci sinifdən başlayaraq mətnlərdə sətiraltı informasiyanı duymaq bacarığını formalaşdırır.
- Şair Azərbaycan dili dərsliyində estetika axtarır.
- TV də ki tamaşaçı kütləsini cəlb etmək üçün şou yaradır”
Rafiq İsmayılov həmçinin bir şeir nümunəsi paylaşaraq,- "Dərsliyin növbəti nəşrində şairin vaxtilə bizə təqdim etdiyi misilsiz estetika nümunəsindən istifadə edəcəyik”-deyə qeyd edib: