Azedu.az

Astara məktəbində YANĞIN  

Məktəblər

20 May 2022, 09:22
Astara məktəbində YANĞIN  

Astarada məktəbdə yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, Astara rayonunun Kakalos kəndində ümumi sahəsi 200 m² olan və fəaliyyət göstərməyən birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox