ARTİ ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər üçün sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini hazırlayıb.
İntitutun təqdim etdiyi məlumat kitabçasında 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə olunub.
AzEdu.az məlumat verir ki, kitabçada Coğrafiya fənnindən məzmun sahələri üzrə sual sayı aşağıdakı kimidir:
1.Coğrafiya: dünən və bu gün
- Yer haqqında biliklərin inkişafı
- Coğrafi kəşflərdən tədqiqatlara doğru
- Azərbaycanda coğrafiya elminin inkişafı
- Yer Günəş sistemində
- Yerin hərəkəti və onun coğrafi nəticələri
- Yer kürəsinin kartoqrafik təsvirləri
- Xəritələr və onların üzərində təsvir üsulları
- Xəritə - coğrafi informasiya vasitəsidir
- Litosfer
- Relyef və onun təsərrüfata təsiri
- Yer səthinin relyefi
- Yer qabığının inkişaf tarixi
- Azərbaycanın geoloji və geomorfoloji quruluşu, faydalı qazıntıları
- Atmosfer
- Atmosferdə dinamik proseslər
- İqlim və onun təsərrüfatda rolu
- İqlim ehtiyatları və insan həyatında rolu
- Azərbaycanın iqlimi
- Hidrosfer
- Yer kürəsində suyun paylanması
- Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti
- Hidrosferdə dinamik proseslər
- Azərbaycanın daxili suları və Xəzər dənizi
- Biosfer
- Coğrafi təbəqə
- Bioehtiyatların müxtəlifliyi və onlardan istifadə
- Ekoloji mühit və onun mühafizəsi
- Azərbaycanın biomüxtəlifliyi və təbiətin mühafizəsi
- Azərbaycanın fiziki-coğrafi rayonlaşdırılması
- Dünya əhalisi və dünyanın demoqrafik mənzərəsi
- Dünya əhalisinin müxtəlifliyi
- Qədim və müasir sivilizasiyalar
- Urbanizasiya və regional fərqlər
- Əhali və təsərrüfatın ərazi təşkili
- Dünya təsərrüfatı və nəqliyyatının coğrafiyası
- Beynəlxalq inteqrasiya və qloballaşma
- Azərbaycanın əhalisi
- Dünya ölkələrinin təsnifatı
- Siyasi münasibətlər
- Azərbaycanın iqtisadi coğrafiyası
- Azərbaycanın iqtisadi-coğrafi rayonlaşdırılması
- Azərbaycan Respublikasının beynəlxalq münasibətləri və nəqliyyatı
- İqtisadi-sosial həyat və onun inkişaf yolları
- İqtisadi inkişafın istiqamətləri və dayanıqlı inkişaf
- Qlobal problemlər və onların həlli yolları
- Türk dünyasının coğrafiyası