“Bu gün “Təhsil Forumu” sosial platformasının 3 illiyi tamam olub. “Təhsil forumu” əvvəlcə pdf və vəsaitlər qrupu olaraq fəaliyyətə başlamışdı . Bir qədər sonra isə qrupda şikayət və nöqsanlar paylaşılmağa başlanıldı və bununla da qrup böyüdü”.
Bu sözləri AzEdu.az-a açıqlamasında “Təhsil forumu” qrupunun rəhbəri Emil Tağızadə deyib.
3 yaşı tamam olan “Təhsil forumu” qrupu müəllimlərin irad və təklifləri, təhsillə bağlı təşəbbüs və düşüncələri ilə bağlı paylaşımların yer aldığı platformadır. Qrupda mütəmadi olaraq, təhsilverənlərin, eləcə də, təhsilə aid digər şəxslərin (valideyn, tələbə, pedaqoji işçi) şikayətlərinə də rast gəlinir. E. Tağızadənin sözlərinə görə, bu şikayətlər arasında bəzən qərəzli olanlar da olur:
“Təhsil forumu qrupuna şikayətlər daha çox MİQ imtahanları və sertifikası, həmçinin, məktəblərdə baş verən müxtəlif nöqsanlarla və dərsliklərlə problemləri ilə bağlı gəlir.
Qeyd edim ki, bəzi şikayətlər qərəzli formada olur. Bəzən bəzi şəxslər kimdənsə xoşu gəlmədiyindən onu zədələmək üçün nə isə yazır. Biz hər hansı şikayəti araşdırmaq istəyən zaman həmin məktəblərdə tanış adam tapırıq. Və yaxud, həmin məktəblərlə əlaqə saxlaya bilmədiyimiz təqdirdə başqa variantlarla məlumat əldə etməyə çalışırıq. Misal üçün, şikayət kənd məktəbindəndirsə, o kənddə yaşayan sakinlə əlaqə saxlayırıq. Bundan sona isə şikayəti aidiyyatı quruma göndəririk. Onlar bu şikayətlər üçün qanunu yolla öz tədbirlərini görürlər”.
Müəllimlər isə əsasən bu məsələlərlə bağlı qrupa müraciət edir, irad-təkliflərini bildirirlər:
“Apellyasiya müsaqibələri zamanı bir çox müəllim bizə öz şikayətini bildirdi . Şikayətlərin əksəriyyəti isə hicablı və hamilə qadınların müsaqibə zamanı kəsilməsi bağlı olmuşdur. “Təhsil Forumu” qrupu olaraq biz həmin şikayətlərə Təhsil Nazirliyininin virtual əlaqələrini “tag”, əlavə etməklə, onları məlumatlandırmış oluruq. Bələliklə, bi çox müəllimin sikayətlərinə bu sayədə baxılır.
Bu şikayətlərlə bağlı müəyyən vatshap qrupları yaradılır ki, nümayəndələrimiz də o qrupları izləyir və problemləri mütəmadi olaraq işıqlandırırıq.
Qeyd edim ki, mən şikayətlərin şəxsin özü tərəfindən ictimailəşdirilməsini daha düzgün hesab edirəm. Çünki şikayətləri bizim ictimailəşdirdiyimiz təqdirdə bəziləri bunu qərəzli şəkildə etdiyimizi düşünə bilər. Biz də bunun məsuliyyətini öz üzərimizə götürmək istəmirik.
Bağçalarla bağlı qrupa gələn şikayərlərin mövzusu isə tam başqadır:
“Bağçalarla bağlı şikayətlər adətən ərzaq yeyintisi ilə bağlı olur. Qeyd edim ki, hətta bir bağçanın görüntüsü paylaşılmışdı. Görüntüdə müdirin şoferinin anbardan müəyyən ərzaqlar apardığı görünür. Bizim bu şikayəti işıqlandırmağımız sayəsində həmin bağça müdiri işindən azad olundu“.
Sonda Emil Tağızadə “Təhsil forumu”nun gələcəkdə AzEdu Təhsil Portalı əməkdaşlıq edəcəkləri barədə də məlumat verib.
“Təhsil forumu” səhifəsini 3 yaşı münasibətilə AzEdu təhsil portal adından təbrik edirik!