Azedu.az

MİQ üzrə müsabiqədə 130-dək tələbə-könüllü iştirak edib

MİQ

21 Avqust 2018, 18:29
MİQ üzrə müsabiqədə 130-dək tələbə-könüllü iştirak edib

2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqə uğurla başa çatıb.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, müsabiqənin iyulun 16-dan 31-dək 39 min 163 namizədin iştirakı ilə keçirilmiş test mərhələsində və avqustun 13-dən 18-dək dörd minədək namizədin iştirakı ilə aparılmış müsahibə mərhələsində 130-dək tələbə-könüllü iştirak edib. Tələbə-könüllülər müsabiqənin keçirildiyi tarixlərdə namizədlərin məlumatlandırılması, yönləndirilməsi, eyni zamanda, imtahan prosesində nəzarətçi qismində fəaliyyət göstəriblər.

Nazirliyin “Bir” Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanları qazanmalarında, dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox