Mayın 7-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299 ünvanında yerləşən inzibati binasında SAT imtahanı təşkil olunub.
DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda 1 əcnəbi olmaqla, ümumilikdə 104 nəfər iştirak edib. Bir nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. Növbəti SAT imtahanının avqustun 27-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumat DİM-in rəsmi internet saytında yerləşdirilib.