Azedu.az

Biologiya və tarix fənləri üzrə qiymətləndirmə tapşırıqları müzakirə edilib

Dövlət İmtahan Mərkəzi (DİM)

6 May 2022, 09:50
Biologiya və tarix fənləri üzrə qiymətləndirmə tapşırıqları müzakirə edilib

Mayın 5-də Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclaslarda “Qiymətləndirmə kitabçaları” dərsliklərlə müqayisəli təhlil edilib. Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.

 

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

İranda təşviş: azərbaycanlılar silah istəyir
Son xəbərlərDaha çox