"Uşaq bağçalarında diqqət göstərdiyimiz əsas məsələ uşaqların davamiyyətidir. Bu göstəricilər ümumilikdə qənaətbəxşdir".
AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, problemli müəssisələr yenə qalmaqdadır:
"Eyni zamanda işçilərin işə davamiyyəti də gündəmdədir. Hazırda uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaratmaq plandadır. Çünki belə sistem olmadıqda uşaq və müəllim sayı çətinləşir. Düşünürəm ki, yaxın 2-3 ay ərzində proses bitəcək. Bundan sonra təhsil sistemində olduğu kimi, bağçalarda da uşaq qəbulu və işə qəbul şəffaflaşacaq, asanlaşacaq".