Azedu.az

Bu liseyin builki  bütün məzunları tələbə adını qazandılar

Bakalavr və sınaq imtahanları

21 Avqust 2018, 08:56
Bu liseyin builki  bütün məzunları tələbə adını qazandılar

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Bakı Avropa Liseyini bu il 77 şagird bitirib. Onların hamısı Azərbaycanın və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunublar.

AzEdu.az xəbər verir ki, 2017-2018-ci tədris ilində liseyi bitirən şagirdlərdən üçü qızıl, biri gümüş medala layiq görülüb.

Məzunlardan 15-i ali məktəblərə qəbul imtahanında 600-dən yuxarı bal toplayıb. Xarici ölkələrin universitetlərinə qəbul olunan məzunlar Türkiyə, Kanada, Almaniya, Macarıstan və digər ölkələrdə təhsil alacaqlar.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox