Azedu.az

“Tərəqqi” medalı alan məktəb direktoru, şəhid xanımı:”Onun amalını yaşadıram”-FOTOLAR

Maraqlı

28 Aprel 2022, 20:00
“Tərəqqi” medalı alan məktəb direktoru, şəhid xanımı:”Onun amalını yaşadıram”-FOTOLAR

 

 

Prezident İlham Əliyevin sərəncamı ilə  7 mart tarixində “Tərəqqi” medalına layiq görülən xanımlara bu gün  mükafatları təqdim edilib.  

 

Xatırladaq ki, sərəncəmla, Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup qadın   “Tərəqqi” medalı ilə təltif edilmişdi ki,  onlardan da biri  Nəriman Nərimanov adına 45 nömrəli məktəbin direktoru Axundova Nəcibə Novruz qızıdır.

 

O, həmçinin şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.

 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevayanın xatirəsinə  həsr olunan tədbirdə “Tərəqqi” medalı xanım Nəcibə Axundovaya təqdim edilib.

 

Direktor xanım təltiflə bağlı təəssüratlarını AzEdu.az-la bölüşüb:

 

“Mən şəhid xanımı olaraq bu gün ikiqat sevincliyəm. Çünki məhz bu gün Azərbaycanın böyük oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan möhtəşəm tədbirdə “Tərəqqi” medalı bizə təqdim olundu. Buna görə ikiqat sevincli və çox qürurluyam. Zərifə xanım Əliyeva bütün Azərbaycan qadınları üçün zəriflik, sadaqət nümunəsidir.

Bildiyimiz kimi, bu il  martın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 xanımı Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edib. Həmin  xanımlar  arasındakı yeganə təhsil işçisi mənəm. Bu səbəbdən,  bir təhsil işçisi olaraq da çox qürurluyam. Düşünürəm ki, bu, Azərbaycan müəlliminə,  müəllimlik peşəsinə verilən yüksək dəyərdir. Eyni zamanda, biz müəllimlərin üzərinə daha böyük  məsuliyyət qoyur, daha böyük fəaliyyətə sövq edir. Mən bütün şəhid xanımları adından cənab prezidentə öz təşəkürümü bildirirəm. Şəhid ailələri bir  dəyərdir və bu dəyərə Ali baş komandan tərəfindən belə formada qiymət verilməsi bizi çox ruhlandırır. Prezidentə təşəkkür edirəm və demək istəyirəm: “Cənab Prezidentim Yaşa, yaşa, yaşa!”

 

Şəhid xanımı təəssüratlarını bölüşərkən, mərhum həyat yoldaşı, Aprel döyüşlərində qəhrəmancasına şəhid olan, polkovnik-leytenant Sənan Axundovu da yad edib:

 

“Mən müəlliməm, 20 ildən çoxdur ki təhsil sahəsində çalışıram. Hazırda məktəb rəhbəri kimi fəaliyiyyət göstərirəm. Bugünkü ən başlıca vəzifəm, ən ümdə görəvim vətənpərvər ruhda Azərbaycana və Azərbaycançılığa sadiq  vətəndaşlar, şəxsiyyətlər  yetişdirməkdir. Bu işimlə də eyni zamanda kəşfiyyat idarə rəisi vəzifəsində çalışarkən şəhid olan həyat yoldaşım, polkovnik-leytenant Sənan Axundovun da həyat amalını davam etdirmiş oluram”.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox