298 saylı orta məktəbin qurucusu, direktoru, Əməkdar Təhsil İşçisi Bayram Heydərov vəfat edib.
AzEdu.az xəbnər verir ki, onun rəhbəri olduğu “Zəngi” liseyi adı ilə tanınan məktəbin əsası hələ 1992-ci ildə qoyulub. Az vaxt ərzində rəğbət qazanan liseyinin şagird və məzunlarının adı bütün bilik yarışmalarında öncül sıralarda çəkilib. Məzunları 600-dən çox, hətta 700 bal toplayan məktəbdə qəbul imtahanları üzrə göstərici isə 90% olub.
Bayram Heydərovun yeganə məqsədi isə çətinliklə qurduğu məktəbi qorumaq, onu gələcək nəsillərə miras qoymaq olub.