“İnternet oyunları şagirdlərin psixologiyasını pozur”.
Bu sözləri AzEdu.az-a açıqlamasında klinik psixoloq Şahin Əliyev deyib.
Belə ki, son günlər təhsil sahəsində şagirdlərin aqressiv davranışları və xüsusən də, cinayət tərkibli əməllərə əl atması gündəmdədir.
Psixoloq bunun əsas səbəblərini diqqətə çatdırır:
“Yaşından aslı olmayaraq hər insan psixo-bio, sosial varlıqdır. Bu, o deməkdir ki, ətrafa verdiyimiz reaksiyalar psixologiyamızdan irəli gəlir. Burada sosial və bioloji faktorlar xüsusi rol oynayır”.
Şahin Əliyev internet oyunlarının şagirdlərə mənfi təsirindən söz açıb:
“Hazırda məktəblərdə şagirdlər arasında yaşanan aqresiya, münaqişə və şiddət haqqında danışırıqsa, bu kimi faktorlar xüsusi rol oynayır. Burada şagirdlərin şiddətə meyilli oyunlara üstünlük vermələri xüsusi vurğulanmalıdır. Günümüzdə çox yayılan PUBG adlanan oyunda cəmiyyətimizin bir çox üzvləri saatlarını həmin yerdə keçirir. Oyunun mahiyyəti ondan ibarətdir ki, burada insanlar silah vasitəsi ilə digər şəxsləri öldürürlər. Ən sonda sağ qalanlar mükafatı əldə edirlər. Bu oyunun yaradıcıları insan psixologiyasının mükafatlandırma sistemindən istifadə ediblər. Çünki biz insan olaraq bir iş gördükdə, hansısa yerə getdikdə, yeni geyimlər aldıqda digər şəxslərdən onun təsdiq olunmasını istəyirdik. Bu bizim beynimizin mükafat sistemi ilə əlaqədardır. Bu zaman özümüzü xoşbəxt hiss edir və uğurlu bildiyimiz addımı davam etdimək istəyirik. Bu oyunda da uşaqların mükafat sistemi tamamlanır, artıq beyin buna vərdiş edir və virtual dünya real əlamə çevrilməyə başlayır. Uşaqlarada xüsusən, yeniyetməlik dövrünə qədər əqli və məntiqi nəticə formalaşmadığı və məsələlərə emosional yanaşdıqları üçün nəticəni düşünməyərək şiddətə meyil edirlər”.
Şagirdlərin psixoloji sarsıntı yaşamsında valideynlərin rolu böyükdür:
“İkinci faktor psixolojidir. Biz ona model alma faktoru deyirik. Uşaqların ailəsində valideynlərin bir-birinə qarşı şiddət göstərməsi, xüsusən də, dominant olan kişilərin qadınlara qarşı fiziki və digər şiddət meyillərinin tətbiqi və aşırı təzyiqlər etməsi kimi davranışlar da uşaqların psixologiyasına təsir edir. Bunu görən oğlan uşaqları öz həmcinsləri ilə kualisiyaya girir və valideynlərinin göstərdiyi şiddəti onlara tətbiq edirlər. Nəticədə gəlir cinayət faktoru ilə yekunlaşır”.
Psixoloq müəllimlərin bu məsələdə xüsusi rolunun olmadığını düşünür:
“Düşünmürəm ki, hazırda müəllimlərin davranışları ilə bağlı proseslər şagirdlərdə şiddət meyilləri yaratsın. Hazırda köhnə nəsil yavaş-yavaş aradan qalxır və yenisi formalaşır. Həmin şəxslər isə daima təlim, psixoloji marifləndirmə və seminarlarında iştirak edirlər. Yeni nəsil şiddətlə deyil, daha çox elmi və praktiki istiqamətdə formalaşır. Əsas məsələ ailədən və sosial ətrafadan qaynaqlanır. Həmçinin, sosial medianın da öz rolu var. Psixoloji faktorlar bizə film, oyun və digər vasitələrlə aşılanır”.