“Cari tədris ilində iş yerində daimiləşən müəllimlər MİQ-də iştirak edə bilməyəcəklər”
AzEdu.az xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli Təhsil Nazirliyinin “Təhsil masası” proqramında deyib.
O bildirib ki, həmin şəxslərlə əmək müqaviləsi imzalanmalıdır:
“Çünki onların daimi iş yeri yoxdur. Nə zaman ki, onlarla əmək müqaviləsi imzalanacaq, ondan sonra iştirak etmələri mümkün olacaq. Heç bir problem olmayacaq”.