Azedu.az

“Universitetdən ən son  icazə alaraq çıxıb, heç bir xəbər yoxdur” – İtkin düşən BMU tələbəsi    

Universitetlər

19 Aprel 2022, 12:35
“Universitetdən ən son  icazə alaraq çıxıb, heç bir xəbər yoxdur” – İtkin düşən BMU tələbəsi    

 

Bakı Mühəndislik Universitetinin tələbəsi Binnətova Lamiyənin itkin düşdüyü bildirilir.

 

Məlumata görə, 1 Aprel tarixindən etibarən tələbədən heç bir xəbər alınmır.

 

AzEdu.az universitetlə əlaqə saxlayaraq ümumi vəziyyəti maraqlanıb.

 

Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev AzEdu.az-a açıqlamasında məlumatı təsdiqləyib.

 

Şöbə müdiri tələbənin ailəsilə müntəzəm olaraq əlaqə saxlanıldığını bildirib:

 

“Lamiyə universitetin Memarlıq və inşaat fakültəsinin III kurs tələbəsidir. Aprelin 1-i saat 16:50-də icazə alıb və universitetdən çıxıb. O gündən etibarən valideynlərilə müntəzəm olaraq əlaqə saxlayırıq, ancaq hər hansı bir xəbər yoxdur. Yeni bir xəbər olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox