AzEdu Təhsil Portalında təhsil iştirakçıları, təhsilalanlar və valideynlərin təhsilin müxtəlif səviyyə və pillələri üzrə tez-tez qarşılaşdığı problemlərlə bağlı həftəlik sorğulara start verilir.
Sorğularda iştirak edərək siz çətinlik çəkdiyiniz məqamları müvafiq kateqoriyalar arasında müəyyənləşdirərək qeyd edə bilərsiz.
İlk sorğu məktəbəqədər təhsil müəssisələri (bağçalarla) bağlı ən çox üzləşilən problemlərlə bağlıdır. Bunun üçün aşağıda qeyd olunan kateqoriyalardan hansında qeyd edilən problemlə üzləşdiyini seçərək səs verəcəksiniz:
İştirak etmək üçün AzEdu.az saytına daxil olaraq sağ tərəf aşağı hissədə təqdim olunan sorğu bölməsində səs verə bilərsiniz.
Qeyd edək ki, nəticələrə əsasən, cəmiyyəti ən çox narahat edən problemin səbəbləri aydınlaşdırılmağa çalışılacaq.