Azərbaycan Kooperasiya Universiteti 2018/2019-cu tədris ili üçün bakalavriat səviyyəsi üzrə I və II qruplarda boş qalan plan yerlərinə abituriyentlərin qəbulunu davam etdirir.
AzEdu.az xəbər verir ki, qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır.
Qəbul aparılan ixtisasların siyahısı
I qrup üzrə
152117 Qida məhsulları mühəndisliyi – Əyani – 2 yer – 1600 AZN
152141 Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi – Əyani – 7 yer – 1600 AZN
II qrup üzrə
152174 Mühasibat uçotu və audit – Əyani – 23 yer – 2200 AZN
152182 Mühasibat uçotu və audit – Qiyabi – 10 yer – 1900 AZN
152214 Maliyyə – Əyani – 15 yer – 2300 AZN
152222 Maliyyə – Qiyabi – 6 yer – 1900 AZN
152247 İqtisadiyyat – Əyani – 12 yer – 1800 AZN
152255 İqtisadiyyat – Qiyabi – 5 yer – 1600 AZN
(Aşağıdakı ixtisaslara müsabiqə rus bölməsi ilə birgə aparılır)
152158 Dünya iqtisadiyyatı – Əyani – 12 yer – 1900 AZN
152166 Dünya iqtisadiyyatı – Qiyabi – 7 yer – 1700 AZN
152271 Sənayenin təşkili və idarəolunması – Əyani – 17 yer – 1800 AZN
152288 Statistika – Əyani – 20 yer – 1600 AZN
152296 Menecment – Əyani – 22 yer – 1800 AZN
152336 Dövlət və bələdiyyə idarəetməsi – Əyani – 21 yer – 1800 AZN
152344 Kommersiya – Əyani – 56 yer – 1900 AZN
152369 Coğrafiya – Əyani – 7 yer – 1800 AZN
Universitetə qəbul olduqdan sonra dərs ili ərzində tədris olunan bütün fənnlər üzrə qiymət göstəriciləri ƏLA (A) olan tələbə illik təhsil haqqından azad olunur və ona aylıq 100 AZN təqaüd verilir.
Universitetdə tələbələrin hərtərəfli inkişafı, asudə vaxtlarının səmərəli təşkil olunması üçün istənilən zəruri şərait yaradılıb.