“Yoxlamadan əvvəl markerlər onlar üçün hazırlanmış treninqdən keçirlər. Beləliklə, yazı işlərində qarşıya çıxan halları o real şəkildə görür və qiymətləndirir”
AzEdu.az xəbər verir ki, bunu DİM-in bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması üzrə sektorun müdiri Aydın Qasımov deyib.
“Markerin verdiyi qiymətlər proqram vasitəsilə bazada əvvəldən verilən qiymətlərlə tutuşdurulur. Əgər o marker doğru şəkildə qiymətləndirmə apara bilərsə, o növbəti prosesdə yoxlamaya buraxılır. İlk dəfə bazaya daxil edilərkən də, hər tapşırıq üzrə yoxlamadan əvvəl də markerlər treyninqdən keçirilir. Hansı marker bu prosesdən keçə bilməsə, o yoxlamaya buraxılmır”.