“UNEC dünyanın ən yaxşı 545-ci ali təhsil müəssisəsi seçilib”.
AzEdu.az xəbər verir ki, bunu UNEC-in rektoru, professor Ədalət Muradov şəxsi facebook səhifəsində yazıb.
O, qeyd edib ki, SCimago reytinq agentliyi 2022-ci il üzrə dünya universitetlərinin reytinqini açıqlayib:
“Bu reytinq 4362 ali təhsil müəssisələrinin məlumatları əsasında hazırlanıb. Reytninqə ilk 5 yeri Harvard Universiteti (1), Harvard Medical School (2), Tsinghua Universiteti (3), Stanford Universiteti (4), Çin Elmlər Akademiyası (5) tutur.
UNEC bu reytinqdə dünya universitetləri sırasında 545-ci, Azərbaycanda isə 1-ci yerdə qərarlaşmışıb.
Scimago tədiqat yonumlüu dövlət və qeyri dövlət təşkilatlarının reytinqini hazırlayır. Reytinqin hesablanması 3 kateqoriya üzrə aparılır: tədqiqat perfomansı (SCOPUS databazası), innovasiya outputu və cəmiyyətə təsiri.
UNEC ailəsini təbrik edir və əməyi olanların hər birinə təşəkkür edirəm”.