Martın 5-6-da buraxılış imtahanı vermiş XI sinif şagirdlərinin Apellyasiya Komissiyasına müraciətlərinin qəbulu bu gün saat 17:00-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, müraciətlərə aprelin 11-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) qaydada baxılmağa başlanılacaq.
Xatırladaq ki, martın 5-6-da keçirilmiş buraxılış imtahanlarının nəticələri aprelin 1-də elan olunub.