AzEdu.az Bakı Mühəndislik Universitetinə qəbul olan abituriyentlərin qeydiyyatı üçün tələb olunan sənədləri təqdim edir:
Universitetə qəbul olunmuş hər bir abituriyent 16 – 28 avqust tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla hər gün saat 9:30-dan 17:00-dək) aşağıda qeyd olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər:
-Tam orta təhsil haqqında sənəd (attestat) və ya diplom (əsli və surəti);
- Şəxsiyyət vəsiqəsi (əsli və surəti 3 nüsxə);
-6 ədəd rəngli fotoşəkil (3x4);
- Çagırış məntəqəsinə təhkim olunma haqqında sənəd (əsli və surəti 2 nüxsə);
-Sağlamlıq haqqında arayış (forma 086);
- Tərcümeyi-hal (Universitetdə yazılacaq);
- İş nömrəsi və şifri;
- Məcburi köçkünlərin köçkünlük vəsiqəsinin notarial təsdiqli surəti və əsli;
- Azərbaycanın suverənliyi uğrunda şəhid və əlil olmuş şəxslərin övladları üçün bu barədə sənədlərin notarial təsdiqli surəti və əsli;
- Ödənişli əsaslarla qəbul olunmuş abituriyentlər I kursun təhsil haqqını tam ödəməlidirlər.