Dövlət İmtahan Mərkəzi tərəfindən 3 aprel tarixində əvvəlki ilin məzunları üçün qəbul imtahanının I mərhələsi təşkil edilib.
İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub.
İştirak edən şəxsləri maraqlandıran məsələlərdən biri də əvvəlki ilin məzunları üçün yenidən şans imtahanlarının keçirilib-keçirilməyəcəyi ilə bağlıdır.
AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, əvvəlki illərin məzunları üçün şans imtahanları keçirilməyəcək.