Azedu.az

Daimiləşdirilmənin müsahibə mərhələsinə start verildi

MİQ

Elm və Təhsil Nazirliyi

4 Aprel 2022, 10:25
Daimiləşdirilmənin müsahibə mərhələsinə start verildi

 

Bu gündən etibarən müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinə start verilir.

 

AzEdu.az xəbər verir ki, Bakı şəhəri 39 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 2033 nəfər dəvət olunub.

 

Bu gün keçirilən müsahibələrdə cari tədris ilində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, informatika, kimya, riyaziyyat, rus dili və ədəbiyyatı, Azərbaycan dili fənləri üzrə müddətli müqavilə əsasında ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş şəxslər iştirak edəcəklər.

 

7 aprel tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılacaq.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox