Azedu.az

Çökən məktəbdə şagird və müəllim ölümü yoxdur -Təhsil Nazirliyi

Maraqlı

31 Mart 2022, 14:19
Çökən məktəbdə şagird və müəllim ölümü yoxdur -Təhsil Nazirliyi
 
"Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur".
 
 
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov  şəxsi facebook səhifəsində yazıb.
 
 
"Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər.
Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox