Azedu.az

Fizika və rus dili fənləri üzrə qiymətləndirmə tapşırıqları təhlil olunub

Dövlət İmtahan Mərkəzi (DİM)

31 Mart 2022, 09:12
Fizika və rus dili fənləri üzrə qiymətləndirmə tapşırıqları təhlil olunub

Martın 30-da Dövlət İmtahan Mərkəzində fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclaslarda 7-ci siniflər üçün hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçaları dərsliklərin Təhsil Nazirliyinin trims.edu.az saytında ictimai müzakirə üçün yerləşdirilən yenidən işlənmiş variantları ilə müqayisəli təhlil olunub.

 

Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər verilib.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox