On bir dövlət orqanında mövcud olan 64 vakant vəzifə üzrə martın 11-dən başlanan daxili müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, müsahibədə iştirak üçün 89 nəfər qeydiyyatdan keçib. Bu gün saat 14:30-a olan məlumata görə, müsahibədə uğur qazanmış 44 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələrin aprelin 4-dək keçirilməsi planlaşdırılır.