Azedu.az

İşə qəbul müsabiqəsinin vakansiya seçimi mərhələsi başa çatıb  

Məktəblər

Elm və Təhsil Nazirliyi

29 Mart 2022, 10:00
İşə qəbul müsabiqəsinin vakansiya seçimi mərhələsi başa çatıb  

Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.

 

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, müsahibə mərhələsini müvəffəqiyyətlə başa vuran 210 namizəd vakansiya seçimi edib.

 

Namizədlər müsabiqənin vakansiya seçiminin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanacaqlar.

 

Məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları (və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər) iştirak ediblər.

TƏCİLİ! Moskvada DƏHŞƏT YAŞANIR - Ölənlərin sayı artır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox