“İndiki vaxtda bizim təhsil sisteminin ən ağrılı, ən vacib məsələlərdən biri də, məktəblərimizdə təhsil mühitinin lazimi şəkildə olmamasıdır”.
Bu sözləri AzEdu.az-a açıqlamasındə sosioloq-alim Əhməd Qəşəmoğlu deyib.
“Məktəbdaxili mühit oradakı şagird-müəllim heyətinin uğurlarına da təsir edir. Buna görə də, biz öncə məktəbdəki təhsil mühitini nəcə yaratmaq barədə düşünməliyik. Müasir dövrümüzdə İngiltərə Avropa və ya digər inkişaf etmiş ölkələrdə yerləşən yüksək ödənişli təhsil müəssisələrində əsas diqqət təhsil mühitinə ayrılır.
Təhsil mühitində mühüm məsələlərdən biri müəllim və təhsilalanların geyimi, vahid formasıdır. Əlbəttə, digər məsələləri arxa planda saxlayıb, yalnız vahid məktəbli formasını dəyişməklə arzu etdiyimiz nəticəyə gəlməyəcəyik, amma, bu, təhsilə müsbət mənada təsir edəcəkdir”.
Sosioloq bildirib ki, müəllim və şagird geyiminin məktəb mühitinə nə dərəcədə uyğunluğu insanların da ovqatına təsir edə bilər:
“Qız şagirdlər açıq şəkildə məktəbə gəlirlər. Bəzən, müəllimlər məktəbdə aşkar şəkildə özlərini nümayiş etdirilər. Bu isə dərsin gedişinə mənfi təsir göstərir. Mən məhz bu səbəbdən müəllimlərin məktəb formasının olmasının tərafdarıyam. Bu forma estetik cəhətdən yüksək və təhsilin fəlsəfəsinə uyğun olmalıdır”