Azedu.az

DİM Kamran Əsədovu məhkəməyə verir    

Dövlət İmtahan Mərkəzi (DİM)

16 Avqust 2018, 15:41
DİM Kamran Əsədovu məhkəməyə verir    

Abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması haqqındakı iddiası qəbul olunmur.

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması, lakin bu balla ali məktəbə qəbul oluna bilməməsi barədə olan iddialarına münasibət bildirərkən deyib.

O bildirib ki, mərkəzə nəticələrin saxtalaşdırılması ilə əlaqədar heç bir müraciət daxil olmayıb: "Həm valideyn, həm də abituriyentin kifayət qədər vaxt olub ki, balların saxtalaşdırılıb-saxtalaşdırılmaması ilə bağlı məlumatları ictimaiyyətləşdirilsin. Mərkəzin nüfuzuna zərbə vurduğu üçün və yalan məlumat yaydığı üçün bu məlumatı sosial şəbəkələrdə yayan ekspert Kamran Əsədov da məhkəməyə veriləcək".

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox