AzEdu.az Dövlət İmtahan Mərkəzi tərəfindən aprel ayında keçiriləcək imtahanları təqdim edir:
2 və 3 aprel -Əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
-Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən 11-ci sinif şagirdləri üçün əlavə xarici dil imtahanı;
-Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli dil üzrə vermək istəyən 11-ci sinif şagirdləri üçün əlavə imtahan;
-Eksternat qaydasında buraxılış imtahanı (11 illik),
10 aprel · Dövlət qulluğuna qəbul imtahanı (B növü);
Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin V sinfinə qəbul imtahanı,
16 və 17 aprel-Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (I zona),
23 və 24 aprel-Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (II zona),
30 aprel və 1 may- Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (III zona).