596 bal “toplayan” abituriyentin anası və dayısı Dövlət İmtahan Mərkəzinə üz tutublar.
AzEdu.az xəbər verir ki, abituriyentin anasının iddiasına görə, 7727-ə ilk mesajı özü göndərib. Bu zaman gələn bal isə 596 olub. İxtisas seçimləri açıqlananda isə cavab gəlmədiyinə görə, yenidən mesaj göndərilib. Bu dəfə isə nəticə 418 bal göstərilib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məsələylə bağlı jurnalistlərlə görüşüb.Valideyn və abituriyentin də iştirak etdiyi görüşdə M.Abbaszadə öncə qəbul kampaniyasıının başa çatdığını bildirib:
“Proses şəffaf keçdi. Jurnalistləri əslində statistika barədə məlumat vermək üçün çağırmaq istəyirdim. Amma süni, fövqəladə halla bağlı dəvət edəsi olduq”.
Sədr ekspert Kamran Əsədovu səhv məlumat yaymaq da günahlandırıb.
Şəxsi məlumatların ictimaiyyətə açıqlanması qanunla tənzimləndiyi üçün valideyndən bununla bağlı icazə alınıb. Yalnız valideynin icazəsindən sonra bu barədə məlumat verilib.
Məleykə Abbaszadə bildirib ki, Əli (abituriyent) yaz imtahanında 410, ikinci imtahanda isə 451 bal toplayıb:
“Mənim qarşımdakı sənəddə belədir. 596 bal iddiası qəbul olunmur. Bizim hansısa dəyişiklik etməyə haqqımız yoxdur. Cavab kartlarında məndən başqa iki nəfərin də möhürü olur”.