Azedu.az

Məktəbli formalarının satışından əldə olunan gəlir Təhsil fonduna köçülürməlidir-Təhlil

Məktəblər

Təhsil ekspertləri

Tələbə və şagird

27 Mart 2022, 15:00
Məktəbli formalarının satışından əldə olunan gəlir Təhsil fonduna köçülürməlidir-Təhlil

Ümumtəhsil məktəblərində məktəbli geyimlərinin tez tez dəyişdirilməsi əsasən valideynlərlə yanaşı şagirdlərdə də kütləvi narazılıqlara səbəb olur.  Bundan süni istifadə edən tikiş fabrikləri və satış dükanları qiymət və keyfiyyətlə istədikləri dəyişiklikləri edərək qanunu kobud şəkildə pozur.  Məktəbli geyimlərinə diqqət yetirsək burda bir neçə problemli nüanslar var, ilk öncə onları vahid sistemdə birləşdirməliyik.

Təklif edirəm ki, ümumtəhsil məktəblərində respublika üzrə vahid geyim sistemi tətbiq olunmalıdır, şəhər və rayonlar üzrə fərq olmamalıdır. Hər kəsə məlumdur ki hər peşə və ixtisasa sahib olanların xüsusi vahid geyim forması var. Məsələn həkim, polis, yanğınsöndürən və sair. Onlar cəmiyyətdə geyim formalarını böyük fəxr və sevgi ilə geyinir və hamı onları vahid geyim formasından asılı olaraq tanıyırlar.

Ümumtəhsil ocaqlarında da bu sistemdən istifadə etsək daha gözəl nəticələr əldə etmək olar. Məktəblərdə uşaqlar bütün dünyanı dərk edir və orada onların psixoloji pedaqoji bilik bacarıqları bütünləşərək inkişaf edir. Onlara məktəbə xüsusi yanaşmalarını, öz şagird öhdəliklərinə daha da dəyərvermə qabiliyyətlərini artırmaq üçün vahid məktəbli geyim forması tətbiq edilməlidir. Vahid məktəbli geyim forması əsasən 2 hissəyə ibtidai siniflər (1-4siniflər) və yuxarı siniflər  (5-11 siniflər) olmaqla cüzi dəyişikliklər olmalıdır. İbtidai sinif və yuxarısinif məktəbli geyimlərini bir birindən fərqləndirmək üçün rəng və logo dəyişimi etmək mümkündür. Milli atributların məktəbli geyim formalarının üzərində həkk olunması daha məqsədə uyğun və vacib hesab edilməlidir. Rənglərin insan psixologiyasına necə təsir etdiyini bilərək daha motivə edici, ruhlandıran, rahatlığı təmin edən rənglər seçilməlidir. Yay və qış formaları isə daha əlverişli və rahat şəkildə biçilməlidir. Qış və yay geyim formaları sadəcə üst geyimi ilə fərqləndirilməlidir. Keyfiyyət və görünüş cəhətdən hər fəsilə uyğun üç düymə qısaqol köynəklər qız və oğlanlar üçün eyni, qızlar üçün isə ətəkləri daha əlverişli şəkilə salmaqla önü ətək arxası şort olaraq dizayn edilə bilər. Bütün qərarlarda valideyn və şagirdlərin istəkləri nəzərə alınmalıdır, çünki şagirdlər bundan həvəslə istifadə etməli və qürurla üzərlərində daşımalıdırlar. Bunun üçün xüsusi tədqiqat metodlarından istifadə edərək sorğular keçirilə bilər.

Keyfiyyətin hərtərəfli təminatı üçün xüsusi nəhəng  parça və tikiş fabriklərinə müraciət edərək kütləvi idxalı və satışı hərkəsə əlçatan olaraq reallaşdıra bilərik. Bütün yığılan məbləğ isə Təhsil fonduna köçürülərək, təhsilə dəstək layihələrinin mailiyəşməsində mühüm rol oynaya bilər. Bu zamanbütün narazılıqlar aradan qalxacağına inanıram. Təklif etdiyim Vahid məktəbli formasının tətbiqi zamanı nə əldə bilərik

Ümumtəhsil məktəblərində vahid və dəyişməz məktəbli geyimi
Ümumtəhsil məktəbləri hazırlanan geyimlərin idxalının və satışının bir müəssisəyə aid olması və Təhsil fonduna köçürülməsi
Təhsil alanların daha keyfiyyətli geyimlərlə təmini
Bütün valideynlərin cibinə uyğun satış qiyməti
Təhsil alanları daha motivə edəcək rəng və əlverişli dizaynın tətbiqi
Satış bazarlarında süni və keyfiyyətsiz məktəbli formalarının aradan qaldırılması
 
Günel Şəmilzadə
Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox