Kolumbiyanın şimalında məktəbliləri aparan avtobus uçuruma düşüb.
AzEdu.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 azyaşlı ölüb. Bu barədə çərşənbə axşamı Santander qubernatoru Maurisio Hurtado məlumat verib.
Laguna de Ortizes - San Andres yolunda məktəb avtobusu qəza törədib. Nəticədə 6 azyaşlı ölüb. Ümumilikdə 15 nəfər xəsarət alıb”, - deyə o “Twitter” səhifəsində yazıb.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib.