Azedu.az

İşə qəbul imtahanlarında ən yüksək nəticələri hansı fənn müəllimləri toplayıb?  

MİQ

16 Avqust 2018, 12:18
İşə qəbul imtahanlarında ən yüksək nəticələri hansı fənn müəllimləri toplayıb?  

Təhsil Nazirliyi bu il müəllimlərin işə qəbulu üzrə test imtahanlarında ən yüksək nəticələrin hansı fənn müəllimləri tərəfindən toplanıldığını açıqlayıb.

AzEdu.az-ın məlumatına görə, Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarında ən yüksək nəticələri riyaziyyat, kimya, tarix və coğrafiya fənlər üzrə imtahan verənlər toplayıblar. Ümumilikdə namizədlər arasında rus bölməsi ilə müqayisədə Azərbaycan bölməsinin namizədlərinin nəticələri daha qənaətbəxş olub.

M.Camalzadə qeyd edib ki, bu il müsabiqəyə 7000-dən artıq vakant yer təqdim edilib. Həmin yerlərin təqribən 90 faizi Azərbaycan, 10 faizi rus bölməsi üzrə olan fənlərə aiddir. Vakansiyaların təqribən 60 faizi həvəsləndirmə tədbirlərinin təqdim edildiyi, 40 faizi isə həvəsləndirmə tədbirlərinin tətbiq edilmədiyi müəssisələr üzrədir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox