Azedu.az

İnzibatı icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 677 nəfər qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM)

21 Mart 2022, 13:58
İnzibatı icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 677 nəfər qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə aprelin 10-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat martın 31-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 13:30-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 677 namizəd qeydiyyatdan keçib.

 

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox