2021-2022-ci tədris ilində müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqəyə 62 mindən çox müəllim müraciət edib. Bu əvvəlki illərə nisbətən 4 dəfəyədək artım deməkdir. Ölkə üzrə 12 imtahan mərkəzində 19 fənn üzrə keçirilən test imtahanı mərhələsində 46 min 930 nəfər iştirak edib. Müsabiqənin əsas vakansiya seçimi mərhələsinə 12 min 154 vakansiya elan olunub.
AzEdu.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatda yer alıb.
Hesabatda qeyd olunur ki, 3 min 786 nəfər müddətsiz, 6 min nəfərə yaxın müddətli əmək müqaviləsi əsasında olmaqla, ümumilikdə 10 minədək müəllim işlə təmin edilib.
Azərtac