Son 10 ildə dövlət büdcəsindən elmə çəkilən xərclər 54,7 faiz artıb.
AzEdu.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyəti haqqında icmal hesabatda yer alıb.
Hesabatda qeyd olunur ki, bu dövrdə elmi-texniki işlərin dəyəri 53,2 faiz artıb, onların 57 faizini fundamental tədqiqatlar, 6,8 faizini tətbiqi tədqiqatlar, 12 faizini layihə-konstruktor işləri, qalan hissəsini isə nümunələrin hazırlanması və digər işlər təşkil edib.