Azedu.az

Bakı məktəblərində Novruz tədbirləri keçirilir

Məktəblər

Elm və Təhsil Nazirliyi

14 Mart 2022, 12:28
Bakı məktəblərində Novruz tədbirləri keçirilir

“Bahar çələngi” layihəsi çərçivəsində Bakıdakı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində Novruz tədbirləri keçirilir.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbirlərdə şagirdlərə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, ilaxır çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında geniş məlumat verilir.

 

Məktəb kitabxanalarında “Novruz bayramı bədii ədəbiyyatda” adlı tədbirlər təşkil olunur, mənəvi dəyərlərimizin əks olunduğu bədii nümunələr (əsərlər) əsasında tamaşalar hazırlanır. Eyni zamanda, Novruz bayramının qeyd edildiyi digər ölkələrin adət-ənənələrinin əks olunduğu seminarlar keçirilir, idman yarışları və xalq oyunları, “Novruz bayramı və mətbəx mədəniyyətimiz” adlı kulinariya günləri təşkil olunur.

 

“Bahar çələngi” adlı Novruz guşələri və divar qəzetləri hazırlanır, məktəblərin həyətlərində yeni yaşıllıqlar salınır. Bundan əlavə, layihə çərçivəsində “Bahar çələngi” festivalının keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, layihə çərçivəsində həyata keçirilən tədbirlərdə fərqlənən təhsil müəssisəsi, müəllim və şagirdlər təltif olunacaqlar. Layihənin əsas məqsədi təhsilalanları mənəvi dünyamızın bir hissəsi olan Novruz bayramı, bütövlükdə dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdən ibarətdir.

TƏCİLİ! Moskvada DƏHŞƏT YAŞANIR - Ölənlərin sayı artır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox