Aprelin 3-də ümumtəhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi təşkil olunacaq.
AzEdu.az xəbər verir ki, müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçiriləcək. Müsabiqəyə qeydiyyat portal.edu.az platforması üzərindən aparılır. Şagirdlər qeydiyyatdan keçərək buraxılış vərəqəsini əldə edə bilərlər.
Qeydiyyat martın 14-ü saat 18:00-da yekunlaşacaq.
Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlər aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.