Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ilk dəfə müraciət edən şəxslərdən hər hansı bir ödəniş tələb olunmur.
AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə həmin şəxxslərin ödənişinin dövlət büdcəsi hesabına həyata keçirildiyini bildirib.
Hazırda 11-ci sinifdə təhsil alanlar, yaxud ümumi təhsil müəssisələrindən əvvəlki illərdə məzun olanlar ilk dəfədir sənəd qəbulunda iştirak edirlərsə, onlar ödənişdən azaddırlar.
Aşağıda qeyd olunan şəxslər isə neçə dəfə sənəd qəbulunda iştirak etməklərindən asılı olmayaraq birbaşa ödənişdən azaddırlar:
Qeyd olunan şəxslərin məlumatları Mərkəızin sisteminə inteqrasiya olunub. Sadəcə daxil olduqda ödənişdən azad olunduqlarını görəcəklər və bunun əsasında ərizələrini təsdiq edəcəklər.