“Cari ilin, əvvəlki illərin məzunları və qəbul imtahanında iştirak etmək istəyən subbakalavrlar 4-17 Mart tarixləri arasında aparılan imtahana qeydiyyat prosesində iştirak edə bilərlər”
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib.
DİM rəsmisi kolleclərə qeydiyyat tarixinə də aydınlıq gətirib:
“11-ci sinif bazasından kolleclərə qəbul da eyni sistem vasitəsilə aparılır. 9-cu siniflərin isə kolleclərə qəbulu ilə bağlı ayrıca elan veriləcək. Onların qeydiyyat tarixləri fərqli zamanda aparılacaq”.