Azedu.az

Buraxılış imtahanında iştirakla bağlı sənəd problemi yaranan şəxslər nə etməlidir? - TƏCİLİ MÜRACİƏT 

Dövlət İmtahan Mərkəzi (DİM)

5 Mart 2022, 09:37
Buraxılış imtahanında iştirakla bağlı sənəd problemi yaranan şəxslər nə etməlidir? - TƏCİLİ MÜRACİƏT 

 

5-6 Mart tarixlərində 11-ci siniflər üçün buraxılış imtahanları keçiriləcək.

 

İmtahanlara gəlmədən öncə şagirdlər buraxılış vərəqələrini çap etməlidirlər. Ancaq bundan əvvəl şagirdlərin sistemdəki məlumatları nəzərdən keçirlməsi zəruridir.

 

AzEdu.az xəbər verir ki, şəxsiyyət vəsiqəsi yenilənən şagirdlər məktəbə müraciət edərək sistemdə sənədi yenilətməlidirlər.

 

Sənəd sistemdə yeniləndikdən sonra buraxılış vərəqələrini çap edib imtahanda rahatlıqla iştirak edə bilərlər.

 

Buraxılış vərəqənizdəki foto və seriya nömrəsi əvvəlki şəxsiyyət vəsiqənizə aiddirsə, imtahandan öncə sistemdə sənədinizin yenilənməsi və buraxılış vərənizin yenidən çap olunmasına diqqət etmək vacibdir.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox