Bu il qəbul imtahanlarında 2021-ci ildə məktəbi birtirən bir çox şəxs iştirak etmək istəyir.
Onları maraqlandıran əsas məqamlardan biri də ötən il verdikləri buraxılış imtahanından əldə edilən nəticənin bu il də qüvvədə qalıb-qalmaması ilə bağlıdır.
AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 2022-ci ildə qəbul imtahanlarında iştirak etmək istəyən ötənilki məzunların buraxılış imtahanları nəticələri bu il də qüvvədə qalacaq.
Lakin istəyə uyğun olaraq onlar bir daha da buraxılış imtahanlarında iştirak edə bilərlər.